Yeni mövsüm hazırlıqlarını Avstriyada davam etdirən “Qalatasaray” ulduz hücumçusu ilə bağlı Argentinadan iddia yayılıb.
Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki, “Qalatasaray”ın ulduz futbolçusu Mauro İkardi üçün Argentinadan diqqət çəkən iddia gündəmə gəlib.
Argentinalı jurnalist Qustavo Mendez sarı-qırmızılı azarkeşlərin və menecerlərin Wanda Naranı tərk etdikdən sonra İkardinin durumundan narahat olduqlarını iddia edib.
İkardinin ayrılıqdan sonra depressiyaya düşdüyünü və iştahının olmadığını iddia edən Mendez argentinalı hücumçunun altı kilo arıqladığını və bu vəziyyətin sarı-qırmızılı azarkeşləri və rəhbərliyi narahat etdiyini bildirib.