BU FUTBOLÇU 5 YAŞLI OĞLUNU XƏSTƏXANADA BOĞARAQ ÖLDÜRDÜ

BU FUTBOLÇU 5 YAŞLI OĞLUNU XƏSTƏXANADA BOĞARAQ ÖLDÜRDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bursada müalicə aldığı xəstəxanada oğlu Kasım Toktaşı (5) boğaraq öldürməkdə təqsirli bilinərək ağırlaşdırılmış ömürlük həbs cəzası alan keçmiş futbolçu Cevher Toktaşın (36) hökmü Ali Məhkəmədə təsdiqlənib.

Tribunainfo.az Haber Global-a istinadən xəbər verir ki, məhkəmədə Toktaş oğlunu sevmədiyini bildirib.

Qan donduran hadisə Bursa şəhərində baş verib.

Onun 5 yaşlı oğlu koronavirus şübhəsi ilə palataya yerləşdirilmişdi.

Reanimasiya şöbəsinə yerləşdirilən Kasımın həyatını xilas etmək mümkün olmayıb. Uşağın ölüm xəbərində “nəfəs darlığı” qeyd edilir.

Cevher Toktaş da hadisədən 11 gün sonra polis bölməsinə gedərək oğlunu öldürdüyünü etiraf edib.

Asayiş Şöbə Müdirliyi Cinayət Büro Komandirliyi qrupları tərəfindən ifadəsi alınan Toktaş, uşağını sevmədiyini, əsəb böhranı keçirdiyini və yastıqla boğduğunu açıqlayıb.