Uzun ömür yaşamaq istəyirsinizsə, qəhvə sizə kömək edə bilər. “Harvard Health Publishing” tərəfindən edilən bir araşdırma var ki, gündə 3-4 fincan qəhvə içən insanların daha uzun ömür sürməsi ehtimalı daha yüksəkdir. Yaxşı səslənir, lakin… yanlış fincandan içirsinizsə, yəqin ki, ən yaxşı seçim deyil.
Tribunainfo.az “Sabah” xəbər agentliyinə istinadən bildirir ki, dünyanın ən uzunömürlü insanlarından biri olan Jeanne Calment səhər yeməyində südlü qəhvə içdiyini deyib. Və o, 122 il inanılmaz dərəcədə uzun bir ömür yaşayıb.
Qəhvə fincanınız hansı rəngdədir? Məsələ burasındadır ki, qəhvənizi nə ilə içdiyiniz də çox vacibdir. Qurğuşun əsaslı şir kimi müəyyən rənglər var ki, içkinizin içinə zəhərli maddələr buraxa bilər. Qırmızı və narıncı ilə şirəli stəkanlarda qurğuşun olması ehtimalı yüksəkdir.
Buna görə də, riskdən qaçmaq istəyirsinizsə, şüşə, keramika və ya paslanmayan poladdan hazırlanmış kupaları seçin. Bundan əlavə, plastik və ya alüminiumdan hazırlanmış kupalar da təhlükəli ola bilər, çünki arzuolunmaz maddələri buraxa bilər.