Yayda doğulan insanlar digər fəsillərdə doğulan insanlarla müqayisədə daha sağlam olurmuş.
Tribunainfo.az xəbər verir ki, Kembric Universitetinin apardıqları araşdırma sonrası bu qənaətə gəliblər. Belə ki, alimlər 450 min insanın sağlamlıq haqqında məlumatını təhlil ediblər.
Təhlildən sonra məlum olub ki, yayda doğulan uşaqların çəkisi daha çox olur və böyüyəndə onların boyu qışda doğulanlarla müqayisədə daha hündür olur. Alimlər bunu gün şüalarının ananın orqanizminə olan təsiri ilə əlaqələndirir.
Həmçinin yayda doğulan insanlar daha pozitiv olur ki, bu da onların sağlamlığına müsbət təsir edir.