“Bu fəlakətin başlanmasıdır”

“Bu fəlakətin başlanmasıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın Ətraf Mühitin Mühafizəsi Təşkilatının bataqlıq ərazilər üzrə müavini Əhmədrza Lahicanzadə Urmu gölünün quruması ilə bağlı növbəti dəfə həyəcan təbili çalıb.

Tribunainfo.az xəbər verir ki, o. Gölün sürətlə quruduğunu bildirib.

Lahicanzadə deyib ki, Urmu gölündə suyun səviyyəsi ən aşağı həddə çatıb. “Avqustun 1-də əldə edilən statistik göstəricilərə əsasən, gölün səviyyəsi 1269,74 metr, sahəsi 581 kvadrat kilometr, suyunun həcmi isə təxminən yarım milyard kubmetrdir”.

O yekunda qeyd edib ki, problemi dərhal aradan qaldırmaq lazımdır. “Bu bizim üçün fəlakətin başlanması deməkdir”.

Fərda Uğur