Bu evlər üçün çıxarış almaq mümkün olmayacaq – Ekspert

Bu evlər üçün çıxarış almaq mümkün olmayacaq – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ucuz olduğu üçün çıxarışı olmayan ev almağa üztünlük verənlər bilməlidir ki, bu cür evlərin bir çoxuna heç bir halda çıxarış (kupça) almaq mümkün deyil.

Bu sözləri Tribunainfo.az-a açıqlamasında əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirib. O qeyd edib ki, ölkədə yüz minlərlə çıxarışsız yaşayış evləri və torpaq sahələri var:

“Bu cür çıxarışsız evlərin böyük əksəriyyəti paytaxt Bakıda və Abşerondadır. Təkcə Bakı və Abşeronda çıxarışsız evlərin sayı 500 mini ötüb. Bu cür evlərin çox hissəsi Sovet dövründən qalıb. Ancaq bir qismi də 1990-cı illərdən sonra xolkoz və sovxozlara ayrılmış torpaq sahələrinin üzərində tikilmiş evlərdir.


Məlum məsələdir ki, hər kəs evi üçün çıxarış almaq istəyir. Ancaq qeyd etməliyəm ki, heç də bu cür evlərin hamısı üçün çıxarış almaq olmaz. Elə evlər var ki, onlara çıxarış almaq ümumiyyətlə mümkün deyil. Bu cür əmlaklar xüsusilə qadağan olunmuş ərazilərdə inşa edilmiş fərdi yaşayış evləridir.
Bəzi hallarda o evlərin üzərindən qadağan statusu götürülə bilər. Bu ancaq o vaxt ola bilər ki, üzərində ev inşa edilmiş su xətti, yaxınlığındakı yüksək gərginlikli elektrik xətlərinin yeri dəyişdirilsin.
Ancaq bu halda qadağan statusu götürülür və həmin əmlaklara da çıxarışlar verilə bilər.

İstənilən halda, ev almaq istəyən vətəndaş problem yaşamaq istəmirsə, mümkün qədər sənədsiz, çıxarışsız evlərdən uzaq durmalıdır”.

Gülşən Rəsul