Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən “Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatının balansında olan onlarla daşınmaz əmlak hərrac vasitəsilə satışa çıxarılır.
Tribunainfo.az xəbər verir ki, daşınmaz əmlaklar Abşeron rayonu, Qobu qəsəbəsi, Qobu-Güzdək yolunun şərqi, “Qobu Village” yaşayış kompleksində yerləşir. “Qobu Village” yaşayış kompleksində yerləşən 17 ədəd evin hər birinin ümumi sahəsi 164,7 kv. metr təşkil edir. 2 mərtəbədən ibarət olan və hərraca çıxarılan bütün evlərin start qiyməti 63 min manat təşkil edir.
Qeyd edək ki, hərrac prosesi 20 oktyabr tarixində Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında keçiriləcək.