Almaniya hökumətinin 17 hektarlıq böyük bir ərazini əhatə edən evi heç kəs almadığı üçün alman nasist təbliğatçısı, Hitlerin sağ qolu Cozef Göbbelsin villasının pulsuz veriləcəyi açıqlanıb.
Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, Berlinin maliyyə naziri Stefan Evers əyalət parlamentində çıxış edərək Hitlerin təbliğat naziri Cozef Qebbelsə məxsus villanı köçürmək istədiklərini bildirib. Evers, “Hər kəsə Berlin əyalətinin hədiyyəsi olaraq buranı ələ keçirməyi tövsiyə edirəm” deyib.
“Son onilliklərdə olduğu kimi yenidən uğursuzluğa düçar olsaq, Berlinin artıq hazırladığımız dağıntıları həyata keçirməkdən başqa yolu qalmayacaq”, – Evers deyib.