“Yağlı-piyli ət məhsulları ürək-damar xəstəliklərinin sayının artmasına səbəb olur”.
Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla deyib. Professor vətəndaşları yağlı və piyli ətlərdən uzaq olmağa səsləyib:
“Yaxşı olar ki, insanlar balıq ətinə üstünlük versinlər. Balıq əti bütün ətlərdən faydalı hesab edilir. Balıq ətində omeqa-3 vitamini, çox saylı bioloji aktiv maddələr var ki, bunlar ziyansızdır. Balıq yağınının özü də orqanizmə çox faydalıdır. Bu baxımdan balıq əti daha məqsədəuyğun sayılır”.
Adil Qeybulla vətəndaşlara balıq və balıq məhsullarından düzgün istifadə etməyi tövsiyyə edib:
“Düzgün saxlamaq və bütün normalara riayət etmək lazımdır. Balıqdan zəhərlənmə halları da var”.
Qida normativinə gəlincə, Adil Qeybulla ayrı-ayrı balıqlarda fərqli olduğundan birmənalı resept deməyin çətin olduğunu vurğulayıb.
Qeyd edək ki, hər bir insan fizioloji olaraq normaya əsasən il ərzində 18 kq balıq yeməlidir.