Bəzi yazılmamış etiket qaydaları var ki, dünyanın istənilən yerində bu qaydalar keçərlidir. Təəssüf ki, müasir dövrdə bir çoxları bu qaydalardan xəbərsizdir. Bu qaydaları bilmək və onlara əməl etmək insanın xarakterini formalaşdırır, daha keyfiyyətli insan imici yaradır.
Tribunainfo.az hamımızın bilməli olduğu bu etiket qaydalarını oxucular üçün toplayıb.
-Bir adama 2 dəfədən çox zəng vurmayın. Zənginizə cavab vermirlərsə daha önəmli bir işləri olduğunu düşünün.
-Borc aldığınız pulu borclu olduğunuz adam xatırlatmadan öncə verin. Bu sizin dürüstlüyünüzü və xarakterinizi göstərir. Eyni şey puldan başqa hərşey üçün keçərlidir.
-Kimsə sizi nahar və ya şam yeməyinə dəvət edibsə menyudakı bahalı yeməyi sifariş verməyin. Mümkünsə onun sifariş etdiyi yeməkdən sizin üçün də sifariş etməsini deyin.
-Heç kimə “hələ də ailə qurmamısan?”, “Evladın yoxdu?”, “Niyə ev almamısan?” kimi qəribə suallar verməyin. Bunlar sizin həll edə biləcəyiniz problemlər deyil.
-Fərqli görünüşlərə hörmətlə yanaşın. Umutmayın, birinin 6 gördüyünü siz 9 görə bilərsiniz.
-Kimsə sizə köməklik edəndə”təşəkkkür” edin.
-Dostlarınızı başqa yerlərdə tərifləyin. İkiniz olanda tənqid edə bilərsiniz.
-Kiminsə çəkisi haqqında danışmaq olmaz. “Əla görsənirsən” demək kifayətdir. Arıqlamaq haqqında danışmaq istəsələr danışacaqlar.
-Biri sizə telefonunda şəkil göstərirsə sola və yaxud sağa çevirməyin. Sırada nə olduğunu bilə bilməzsiniz.
-Bir dostunuz sizə həkimə gedəcəyini deyirsə “nə üçün gedəcəksən” soruşmayın. “inşallah yaxşısan” deyin. Sizə öz şəxsi problemini danışmaq istəməyə bilər.
-Kiminləsə söhbət edirsinizsə telefonunu kənara qoyun, söhbət zamanı telefona baxmaq ayıbdır.
-Kimsə istəmədən ona nəsihət, məsləhət verməyin.
-Heç kimdən ehtiyac olmadıqca yaşını və maaşını soruşmayın.
-Küçədə kiminləsə söhbət edəndə gün eynəyinizi çıxarın. Bu hörmət əlamətidir. Göz təması danışıq qədər önəmlidir.
-Kasıbların arasında heç vaxt imkanlı olmağınızdan danışmayın. Uşağı olmayanların yanında da uşaqlarınız haqqında danışmayın.