Qanda qlükozanın artması təkcə diabet yox, ürək-damar xəstəliklərinə səbəb olur.
Həkimlər də diabetin müalicəsində dərmanların ikinci vasitə olduğunu , əsas qidalanma ilə şəkəri tənzimləməyin vacib olduğunu bildirir.
TİA.AZ xəbər verir ki, Avropa alimləri yeni elmi tədqiqatlarında 15 kişiyə hər gün 25 qram çia və ya 31 qram kətan toxumu veriblər.
Nəticələr göstərib ki, çia toxumu kətan toxumuna nisbətən 38-39% daha çox qanda şəkəri azaldır.
Toxumda olan həll olan liflər xolesterini də azaldır.
Çia toxumu nəinki diabet, həmçinin ürək-damar xəstəlikləri üçün də faydalıdır.
Qeyd edək ki, çia toxumu Bakıda satılır, onu salatlara, qatığa, yoqurta qatıb yeyə bilərsiz.