Azərbaycan və Ermənistan arasında sərhədlərin demarkasiyasına dair əldə olunmuş son razılaşma erməni müxalifətini ciddi şəkildə narahat etməyə başlayıb. Tribunainfo.az xəbər verir ki, onlar hər vəchlə sərhədlərin demarkasiyası məsələsinə qarşı çıxırlar.
Deputat Tiqran Abramyan iddia edib ki, Tavuşdakı demarkasiya prosesi Ermənistanın bu regionda perspektivini müəyyən edəcək. Onun sözlərinə görə, həmin proses İrəvan üçün ciddi problemlər yarada bilər.
Digər deputat Qriqor Danelyan isə hesab edir ki, Azərbaycan Tavuş istiqamətindəki anklav kəndləri geri aldıqdan sonra Ermənistanla Gürcüstan arasındakı əsas yola nəzarəti ələ keçirəcək. “Bu yol Ermənistan üçün həyati əhəmiyyət daşıyır. Onu əldə verməklə hər şeyin Azərbaycanın nəzarəti altına düşməsi baş verəcək”.