İşğal dövründə Qarabağa Ermənistandan, Yaxın Şərqdən və dünyanın müxtəlif güşələrindən köçürülən ermənilərin Azərbaycan vətəndaşlığını qəbul etməsi və ərazimizdə yaşaması qəbul edilməməlidir.
Tribuninfo.az yazır ki, siyasi ekspert Asif Nərimanlının fikrincə, bu, bölgənin demoqrafik vəziyyəti, eləcə də perspektivdə separatizm-terrorizmin yenidən baş qaldırmaması üçün əhəmiyyətli amildir:
“Bu günə qədər 98 erməni Azərbaycan vətəndaşlığını qəbul etmək üçün müraciət edib. Bu müraciətlərin sayı getdikcə artacaq, eləcə də Ermənistana gedən ermənilər arasında da qayıtmaq və vətəndaşlığı qəbul edərək, burada yaşamaq istəyənlər olacaq.
Vətəndaşlıq almaq istəyən ermənilərin, xüsusilə Ermənistana gedənlər arasından geri qayıtmaq istəyənlərin Qarabağda nə vaxtdan yaşadığını araşdırmaq lazımdır. Və əsas üstünlüyün Azərbaycan SSR dövründə Qarabağda yaşamış, Azərbaycan pasportu daşımış şəxslərə verilməsi vacibdir. Dövlət arxivində bu şəxslərlə bağlı məlumatlar yəqin ki var. Vaxtilə Azərbaycan vətəndaşı olmuş ermənilərin özləri ölübsə, ailə üzvləri bu imkandan yararlana bilər”.