Bu ərazilərdə yaşayanlara XƏBƏRDARLIQ: Sabah saat 09:00-dan…

Bu ərazilərdə yaşayanlara XƏBƏRDARLIQ: Sabah saat 09:00-dan…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Xətai rayonu üzrə Müşviq, Qvardiya, Azadlıq, Oksigen, Pivə Zavod, Mirzə Davud küçələrinin, 8 Noyabr prospektinin bir hissəsinin və Suraxanı rayonu üzrə Qum adası yaşayış massivinin, həmçinin qeyd olunan ərazilər üzrə qeyri-yaşayış sahələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Tribunainfo.az məlumat verir ki bu barədə  Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Məlumata görə, buna səbəb “Qaz İxrac” İdarəsinə məxsus “Qum adası-Bayramzadə İEM” yüksək təzyiqli magistral qaz kəmərində təmir işlərinin aparılmasıdır.

Sabah saat 09:00-dan təmir işləri başa çatanadək “Qum Məişət(Qİİ)”, “Alko”, “Naximov”, “Müşviq əhali”, “Mirzə Davud küçəsi”, “Gilan”, “Quru Yük Limanı”, “Dəniz donanması”, “F-centr”, “Azərsu Nəqliyyat” və “Zığ gəmi təmiri” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.