Bu ərazilərdə torpaq və hazır evlərin qiyməti artacaq – Ekpert

Bu ərazilərdə torpaq və hazır evlərin qiyməti artacaq – Ekpert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaxın gələcəkdə paytaxtda əksər kirayə mənzillər boş qalacaq. Bu da avtomatik olaraq qiymətlərin enməsi ilə müşahidə olunacaq. Baş Plana əsasən universitetlərin Bakıətrafı ərazilərə köçürülməsi başlanılsa, bu proses də sürətlənəcək.

Bu sözləri Tribunainfo.az-a əmlak üzrə ekspert Elnur Fərzəliyev Bakıdakı sıxlığın aradan qaldırılması ilə baölı dnaışarkən deyib. O bildirib ki, Baş Plana əsasən Bakıətrafı ərazilərdə universitet şəhərçiklərinin salınması, bəzi universitetlərin mərkəzdən böçürülməsi həmin ərazilərdə torpaq və mənzillərə marağı artıracaq:

“Qala qəsəbəsində, Xocəsəndə boş torpaqlara, hazır evlərə maraq artacaq. Kirayə bazarı canlanacaq. Bu da qiyqiymətlərinin bahalaşmasına səbəb olan əsas amildir.

Bu təbii ki, gələcəyin işidir. Ancaq işlər başlasa bu artıq öz təsirini göstərmiş olacaq. Əhali qiymətlərin çox artmasını gözləmədən həmin ərazilərə üz tutacaq. Metro xəttlərinin salınması da burada böyük rol oynayacaq.

Universitetlər bakıdan çıxdıqca paytaxtdakı kirayə mənzillərin çox boş qala bilər. Düzdü, Bakıya axın həmişə var və kirayə ev də hər zaman tələb edilir. Ancaq tələbə axını Bakıətrafına istiqamətləndiyi üçün avtomatik olaraq paytaxtda kirayə mənzil qiymətləri enəcək”.