Bu ərazilərdə torpaq sürüşmələri baş verə bilər – VİDEO

Bu ərazilərdə torpaq sürüşmələri baş verə bilər – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dağlıq ərazilərdə yaxın günlərdə sürüşmələr ola bilər.

Bu sözləri “Xəzər Xəbər”ə müsahibəsində Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev deyib.

Mütəxəssisin sözlərinə görə, intensiv yağışlar səbəbilə respublikadakı dağlıq ərazilərdə həm təbii, həm də antropogen sürüşmələr ola bilər.

Ənvər Əliyevin fikrincə, havaların yağıntılı keçməsi paytaxt Bakıda da torpaq sürüşmələrinin aktivləşəcəyi ehtimalını artırır.

Mütəxəssis deyib ki, təbii torpaq sürüşməsinin qarşısını almaq çətin olsa da, antropogen təsirlərdən qorunmaq mümkündür. Bunun üçün ağacların əkilməsi səmərə verə bilər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: