Səbail, Nəsimi, Yasamal rayonlarının bir hissəsini içməli su ilə təmin edən magistral xətdə tikinti-bərpa və yenidənqurma işləri aparılacaq.
Tribunainfo.az-a ADSEA-dan verilən məlumata görə, təmirlə əlaqədar bu rayonların müəyyən ünvanlarına suyun verilməsində fasilə yaranacaq.
İşlər 5 fevral, saat 10:00-da başlanılacaq, 6 fevral, saat 07:00-da yekunlaşdırılacaq.
Bu tarixdən sonra suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.
Dəniz