Nigeriyada vəba epidemiyasından ölənlərin sayı 156-ya yüksəlib.
Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) verdiyi açıqlamada, 15-21 iyul tarixləri arasında ölkədə 170 vəba hadisəsinin görüldüyü və epidemiyada 3 nəfərin öldüyü bildirilib.
Belə ki, açıqlamada yanvar ayından bu yana ölkədə 4 min 809 vəba hadisəsinin görüldüyü, epidemiya səbəbindən həyatını itirənlərin sayının 156-ya yüksəldiyi bildirilib.