BU ƏLAMƏTLƏR QIZILCA ƏLAMƏTLƏRİDİR

BU ƏLAMƏTLƏR QIZILCA ƏLAMƏTLƏRİDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yayılmaqda olan qızılca ilə bağlı hər gün məlumatlar paylaşılsa da, yenə də bir çox valideyn üçün qaranlıq qalan məqamlar olur. Bu yazıda bəzi sual doğuran məqamlara aydınlıq gətirməyə çalışmışıq.

Tribunainfo.az yazır ki, qızılcanın xüsusi müalicəsi yoxdur, bu virusdan qorunmanın ən yaxşı yolu peyvənddir.
QPM (qızılca-parotit-məxmərk) peyvəndinin 2 dozası 97% bu virusa yoluxmadan qoruyur və ya yoluxduqda xəstəlik yüngül simptomlarla keçir.

Qızılcaya yoluxan şəxs səpgilər əmələ gələndən təxminən dörd gün əvvəl və dörd gün sonra çox yoluxdurucudur. Qızılca keçirməmiş və ya qızılcaya qarşı peyvənd olunmamış insanların təxminən 90%-i qızılca virusu olan şəxslə təmasda olduqda yoluxur.

Qızılcanın 5 erkən simptomu bunlardır:
Burun sulanır və tutulur, yüksək hərarət müşahidə olunur, gözlər sulanır, öskürək və asqırma artır, ağzın içində ağ səpkilər əmələ gəlir.

Baş və bədəndə qırmızı səpkilər simptomların başlamasından 3-5 gün sonra əmələ gəlir.