Sarıkök və zeytun yağı ayrı-ayrılıqda sonsuz faydaları olan iki qida olsa da, bir araya gəldikdə gücünü ikiqat artırır.
Ekspertlər bir qaşıq zeytun yağına bir çimdik sarıkök əlavə edəndə möcüzəvi təsirlərin üzə çıxdığını bildirirlər.
Tribunainfo.az medicina.az-a istinadən xəbər verir ki, zeytun yağı və sarıkök qarışığının orqanizmə faydaları saysız-hesabsızdır.
Antioksidant, iltihab əleyhinə və mikrob əleyhinə xüsusiyyətlərə malik olan bu qarışım xəstəliklərə qarşı qoruyucu qalxan rolunu oynayır.
1 qaşıq zeytun yağına 1 çimdik sarıkök əlavə edib səhərlər acqarına istehlak etsəniz, bədəndəki iltihablardan qısa müddətdə xilas ola bilərsiniz.
Antioksidant xüsusiyyətlərə malik olan bu qarışıq sayəsində hüceyrə zədələnməsinin qarşısı alınır, immunitet sistemi güclənir.
Səhərlər istifadə edildikdə həzm sistemini tənzimləyir, həzm problemlərinin qarşısını alır və qəbizliyi aradan qaldırır.
Ancaq onu yalnız səhərlər acqarına istehlak etmək məcburiyyətində deyilsiniz. Gün ərzində yeməklərə, salatlara əlavə etməklə də faydalarından yararlanmaq mümkündür.
İstəsəniz, bu qarışıma qara istiot da əlavə edə bilərsiniz. Beləliklə, həm qarışımın effektini daha da artırmış, həm də onu xərçəng əleyhinə vasitəyə çevirmiş olacaqsınız.