Filosof, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, fəlsəfə elmləri doktoru Niyazi Mehdi vəfat edib. Niyazi Mehdi bir neçə gün əvvəl vəziyyətinin ağırlaşması səbəbilə reanimasiya şöbəsinə yerləşdirilmişdi.
Tribunainfo.az xəbər verir ki, N.Mehdinin vəfatı qələm yoldaşlarını, onun oxucularını və dostlarını dərindən yaralayıb. Yoldaşları onunla bağlı sosial şəbəkələrdə ürək sözlərini yazıblar.
Rauf Arifoğlu:
“Bu dünyadan bir Niyazi Mehdi keçdi. Konseptual katibimiz, professorumuz, dərin filosofumuz, əski dostumuz, köşə yazarımız… Yaşlandıqca, ürəyimiz dost – tanış məzarlığına dönür. Allah rəhmət eləsin”.
İlqar Rəsul:
“Məmləkət özünün ən maraqlı filosoflarından birini itirdi: NİYAZİ MEHTİ də getdi.
Jurnalist fəaliyyətim dövründə 200-dən çox adamdan müsahibə götürmüşəm. Ən möhtəşəmlərindən (və ən sevimlilərindən) biri Niyazi Mehdi olub. İlk 5-likdə yer alan həmsöhbət.
Sonuncu söhbətimizdə demişdim layihə hazırlamışam, birlikdə veriliş edək. Cavab yazmışdı ki, səhhətim düzəlsin, səninlə nə desən, etməyə hazıram…. Düzəlmədi….
RUHU ŞAD OLSUN”.
Aqşin Yenisey:
“Niyazi Mehdi! Öyrənməyi öyrədən bir öyrətmən idi. Oxuduğum heç bir kitabında “belə düşünün” iddiası yox idi, bütün kitabları “belə də düşünmək olar” düşüncəsinin örnəkləriydi. Bu gün səhər isə o, bizə daha bir örnək göstərdi:
Belə də yaşamaq olar!
Belə də ölmək olar!”.
Nigar