Bu dövlət xidmətinin 4 tenderi ləğv edilibbackend

Bu dövlət xidmətinin 4 tenderi ləğv edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Anti-İnhisar və istehlak Bazarına Nəzarət Xidməti (AİİBNX) Dövlət Sərhəd Xidmətinin (DSX) 4 tenderini bir gündə ləğv edib. Tribunainfo.az rəsmi qaynaqlara istinadən xəbər verir ki, dövlət qurumu bununla bağlı qərarını bu gün açıqlayıb.
Bildirilir ki, DSX-nın 30.126,30 manatlıq ofis ləvazimatları, mebel inventarları və aksesuarları, 14.868 manatlıq Azot qazı (təmizlik 99,999 %), habelə 4.499,73 manatlıq Covid-19 infeksiyasının təyini testi və 18.767,78 manatlıq dezinfeksiya, dezinseksiya, deratizasiya, ilanların sahədən uzaqlaşdırılması işlərini satın alması məqbul hesab olunmayıb. Buna səbəb isə həmin tender və katirovka sorğularına iştirak edən şirkətlərin sayı lazımi həddə olmayıb. Nəticədə, “Dövlət satınalmaları haqqında” qanunun 36.1.1-ci maddəsini pozublar.