Bu dövlət qurumunda yoxlamalar aparılıb, vəzifələrindən azad edilənlər varbackend

Bu dövlət qurumunda yoxlamalar aparılıb, vəzifələrindən azad edilənlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İRİA-da nə baş verir?

Dəfələrlə qeyd etmişdik ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Technest layihəsinin, yəni İT sahəsində kadrların hazırlanması prosesinin prinsipləri düzgün müəyyən edilməyib. Ölkədə İT kadrların hazırlanmasında bu layihənin xeyli əhəmiyyəti olsa da, onun təşkili və şəffaflığında ciddi problemlər vardı.

Ən ciddi problem də dövlət vəsaitinin, yəni təqaüdlərin müsabiqə əsasında vətəndaşlara deyil, birbaşa  İT kurslara (şirkətlərə) verilməsiylə, seçim prosesləriylə bağlıydı. Normalda, beynəlxalq praktikada olduğu kimi  kursları (şirkətləri) təqaüd alanların özləri seçməliydi, rəqabətli və şəffaf  mühit formalaşmalıydı.

Xatırlayıram ki, bununla bağlı İRİA ilə ciddi müzakirələrimiz olmuşdu.

Amma təəssüf ki, uzun müddət bizdə tərsinə oldu, normal və şəffaf seçim proseduraları müəyyənləşmədi, özləri daxildə necə bilirlər elə də etdilər, pullar hansısa kurslara (şirkətlərə) verildi, bundan sonra da xeyli İT kursların yaradıldığı müşahidə olunurdu.

İndi bildiyim qədər Nazirlik Agentlikdə yoxlama aparıb, adı çəkilən layihənin icrasında ciddi qüsurlar aşkarlayıb, vəzifələrindən azad edilənlər var.

Çox da dərinə getmirəm, yəqin, Nazirlik bir açıqlama verər.

Görünən odur ki,  sektorun bir çox sahələrində müsbət dönüş yaradan RİNN üçün İRİA “zəif bənd” olaraq qalır.

Osman Gündüz

Ekspert