Yayın istisi azmış kimi həşaratlar da bu mövsümü problemli edir. Milçək və ağcacanadlar üçün müxtəlif kimyəvi dərmanlar olsa da, bəzən onların da zərərləri xeyrindən daha çox olur. Ancaq elə bitkilər var ki, onlar yayı bizə zəhər edən həşaratlardan birdəfəlik xilas olmağa kömək edir.
Tribunainfo.az yazır ki, Reyhan – ağcaqanadlar və otaq milçəklərininin qənimidir. Bu canlılardan qurtulmaq üçün reyhandan istifadə edib, rahat nəfəs ala bilərsiniz. Qoxusu sayəsində ağcaqanad və ev milçəyini evdən uzaq tutmaq mümkündür. Belə ki, otaqlarda, pəncərələrin önündə, eyvanda dibçəkdə reyhan saxlamağınız bu istiqamətdə köməyinizə dəyəcək. Hətta qaynar suyun içinə reyhan yarpağı atıb soyumasını gözləyin. Daha sonra sprey qablaşdırmaya töküb istifadə edə bilərsiniz.
Lavanda – güvə, ev milçəyi, ağcaqanad, birənin uzaqlaşdırdığı canlılardır. Lavanda paltarları güvədən qorumaq üçün ən əlverişli vasitədir. Bu bitki milçək, birə və ağcaqanadları evdən qovur. Baxçanızın günəş düşən yerlərinə əkə bilərsiniz. Həmçinin dibçəklərdə yetişidirib evdə saxlamaq yaxşı üsuldur. Bu bitkinin ətri insanlara xoş gəlsə də həşəratlara əks təsir edir.
Nanə – ağcaqanad, qarışqa, siçanı uzaqlaşdıran bitkidir. Qurudulmuş formada yeməklərdə, təzə halında içkilərdə istifadə edilir. Eyni zamanda böcəklərdən qorunma vasitəsidir. Qarışqa, siçan nanənin qoxusunu heç sevmir. Əgər dibçəklərdə evin girişində və istənilən birçox yerində yerləşdirsəniz rahatlıqla gəzə bilərsiniz.
Limon otu – ağcaqanad və ev milçəklərini qovur. Limon otunu evin istənilən yerində dibçəklərdə saxlamaq mümkündür. Bu ot böcəkləri qovan bitkilər sirasındandır.