backend

Bu, dərsliklərin yenidən yazılmasına səbəb olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Arxeoloqlar elmə məlum olmayan qədim insanın kəlləsini tapıblar. 

Arxeoloqlar elmə məlum olmayan qədim insanın kəlləsini tapıblar.

TİA.AZ xarici mediaya istinadən xəbər verir ki, tapıntı Çinin şərqində yerləşən Xenan əyalətində aparılan qazıntılar zamanı ortaya çıxıb və o müasir insanın mənşəyi ilə bağlı dərsliklərin yenidən yazılmasını məcburi edə bilər.

Tapıntı fərz etməyə imkan verir ki, neandertal adamlar Şərqi Asiyaya qədər çata və orada yerli “əhaliyə” qarışa bilərdilər. Halbuki, daha əvvəl irəli sürülən nəzəriyyəyə görə, neandertal adamlar digər regionların yerli insanları ilə görüşləri zamanı çox böyük çətinliklər çəkirdilər.
 

Kəllə həmçinin Afrika nəzəriyyəsinin alternativi olan nəzəriyyəni təsdiq edir. Bu nəzəriyyə ondan ibarətdir ki, müasir insanlar təxminən eyni zamanda – 100 min il əvvəl, yalnız Afrikada deyil, həm də planetin başqa regionlarında, məsələn Avropa və Asiyada yaranıb.

Henan vilayətinin Syuyçan şəhərinin ətrafında cəmi bir neçə il ərzində “Homoerectus”un beş müxtəlif nümayəndəsinə məxsus 45 sümük tapılıb. Sümüklər elmdə tapılan ərazinin adı ilə Syuyçan adını alıb.

Çin və Amerika universitetlərinin alimləri hesab edirlər ki, onların 100 min ildən 130 min ilədək yaşı var. Paleontoloqlar da hesab edirlər ki, onlarda həm Çin hominid, həm də neandertal və müasir insana aid xüsusiyyətlər var. Hazırda qalıqlarının DNT analizi keçirilir.

“Onların xarakteristikaları, ehtimal ki, müasir insanın şərq və qərb əcdadlarının kəsişməsinin nəticəsidir”, – Çin Elmlər Akademiyasının Paleontologiya İnstitutunun professorları bildiriblər.