BU DƏRMANLARDAN UZAQ DURUN, YOXSA…

BU DƏRMANLARDAN UZAQ DURUN, YOXSA…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prof. Dr. Vedat Göral baş ağrısı, miqren və diş ağrılarından xilas olmaq üçün şüursuz olaraq ağrıkəsici istifadə edənlərə xəbərdarlıq edib.
Tribunainfo.az HaberTürk-ə istinadən xəbər verir ki, Prof. Dr. Vedat Göral cəmiyyətdə tez-tez və yanlış istifadə edilən ağrıkəsicilərin mədə və bağırsaqlara böyük ziyan vurduğunu bildirib.

Həssas mədəsi olan insanlarda ağrıkəsicilərin xora, qastrit və mədə qanamasına səbəb ola biləcəyini ifadə edən Göral, “Mədəsində reflü, xora və qastrit olanlar risk qrupundadır”, – deyib.

Həkimlə məsləhətləşmədən ağrıkəsicilərin istifadə edilməməsi lazım olduğunu qeyd edən Göral, ağrıkəsicilərin tox mədədə bol su ilə qəbul edilməsi lazım olduğunu vurğuladı.

Göral sözlərini belə davam etdirib: “Heç vaxt acqarına qəbul etməyin. Yoldaşınızın, dostunuzun və ya qonşunun məsləhəti ilə ağrıkəsici istifadə etməyin, həkiminizin tövsiyə etdiyi dozada istifadə edin. Spirtlə Heç vaxt qəbul etməyin.Yüngül ağrılar üçün ən ağır və güclü ağrıkəsiciləri seçməyin.Xroniki revmatik xəstəliklər kimi hallarda zəruri hallarda uzun müddət ağrıkəsici qəbul etməli, endoskopiya edilməli və mədədə helicobacter pylori deyilən bakteriyalar araşdırılmalıdır.Çünki mədədə helikobakter pilori varsa, ağrıkəsicilərin mənfi təsiri olacaq”.