Bu dəfə həkimlər Kadırovun qəzəbinə gəldi: Hamısını işdən azad edin!

Bu dəfə həkimlər Kadırovun qəzəbinə gəldi: Hamısını işdən azad edin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Çeçenistan rəhbəri Ramzan Kadırov koronavirus epidemiyası fonunda qoruyucu vasitələrin olmamasından şikayətlənən Qudermesdəki xəstəxana işçilərinin işdən çıxarılmasını tələb edib.
TİA.AZ  xəbər verir ki, Kadırov şikayət edən həkimləri “təxribatçı” adlandırıb.
“Bizdə hər şey kifayət qədərdir – avadanlıq, geyim, maska”, – Kadırov Qroznı televiziya kanalının efirində deyib.
Daha əvvəl sosial şəbəkələrdə Qudermesdəki tibb işçilərinin kortəbii yığıncaqda qoruyucu maskalar və kostyumların olmamasından şikayət etdikləri barədə məlumatlar yayılıb. Bundan sonra bir neçə həkim üzr istəyib və hərəkətlərinin çaşqınlıq üzündən baş verdiyini bildirib.