“BU DƏFƏ DƏ TORPAQLAR HƏRB YOLU İLƏ İŞĞALDAN AZAD EDİLSƏ…” – POLİTOLOQ

“BU DƏFƏ DƏ TORPAQLAR HƏRB YOLU İLƏ İŞĞALDAN AZAD EDİLSƏ…” – POLİTOLOQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xankəndidəki mitinqləri izlədikcə, sanki 1980- ci illərin sonlarındakı Qarabağdakı mitinqlərin davamıdır. Yalan, böhtan və yazıq hay etnosu obrazı. Guya hamilə qadınlar, uşaqlar blokadada ac qalıblar, oradakı ermənilərə qarşı etnik təmizləmə siyasəti aparılır və “Azərbaycanın faşist Almaniyasının davamı olmasını da nəzərə alaraq” “zavallı xalq” respublikanın tərkibində yaşaya bilməz.
Əslində isə mitinqin bugünə təsadüf etməsi səbəbsiz deyil. Mişel – Əliyev- Paşinyan görüşü ərəfəsində Qarabağdakı separatçılar İrəvan və Bakıya ismarıc göndərirlər.

Tribunainfo.az-ın xəbər verir ki, bu barədə danışan politoloq Zaur Məmmədovun fikrincə, separatçı kəsimin ismarıcı bəllidir:

“Mitinqin bu günə təyin edilməsi həm də ermənilərin Laçın yolu ilə bağlı beynəlxalq təşkilatlardan gözlədikləri dəstəyi ala bilməmələri ilə bağlıdır. Belə ki, Beynəlxalq Ədalət Məhkəməsinin ardınca dünən Avropa İnsan Hüquqları Məhkəməsi Ermənistanın Laçın yolu ilə bağlı təklifini rədd edib.

Qısacası, erməni tərəfi beynəlxalq hüquq kartından istifadə edə bilməyəndən sonra, B planına əl atmış oldu. Ermənilər blokadada yaşaya bilmir şüarı ilə kütləvi mitinqlər və yürüşlər, Qərbdə bəyənilən insan hüquqları adı altında beynəlxalq dairələrə, xüsusən də dialoqdakı üçüncü tərəflərə təzyiqlər.

Belə olan təqdirdə, Azərbaycan nə etməlidir? Müəyyən mülahizələrə görə cari ilin sonuna qədər Blinken tərəflər arasında yekun sənədin imzalanmasını gözləyir və tərəfləri eskalasiyadan uzaq olmağa çağırır. Əlbəttə ki, hazırda beynəlxalq ictimaiyyət yaxşı bilir ki, Qarabağın yuxarısında lokal hərbi əməliyyatlar keçirmək mümkündür və ona görə də müxtəlif dairələr Bakıdan heç olmasa ilin axırına qədər səbr və gözləməyi xahiş edə bilərlər. Aydındır kı, əgər Blinken tərəfindən Bakı ilə dialoqda xahiş tonundan istifadə edilirsə, sənədin imzalanması üçün Paşinyanla danışıqlarda başqa ifadələrdən istifadə olunur. Maraqlıdır ki, bu fonda Qarabağın dağlıq hissəsində qanunsuz hərbi birliklərdən təmizlənməsi əməliyyatının daha bir neçə ay təxirə salınması xahişini regiona ən çox təsir imkanı olan qüvvələr etmir.
Beləcə aydın olur ki, hazırki vəziyyətdə bölgədə gələcək proseslərdə iştirak etmək məhz Azərbaycanın maraqlarının nəzərə alınmasından keçəcək. Beynəlxalq və regional aktorlar mütləq şəkildə separatizmi kökündən kəsmək üçün Azərbaycanın gələcəkdəki addımlarına səsli və ya səssiz dəstək olmalıdırlar. Rəsmi Bakı danışıqların nəticələrini gözləyir, lazım gələrsə bir neçə ay da səbr nümayiş etdirə bilər, ancaq bunun müqabilində tutarlı əsaslar görməlidir”.

Z.Məmmədov bildirib ki, Paşinyan bir məsələni unutmamalıdır. Əgər bu dəfə də sülh yolu ilə deyil, hərb yolu ilə torpaqlar işğaldan azad edilərsə növbəti mərhələdə İrəvanla sülh Azərbaycana lazım olacaq mı və danışıqların gedəcəyi təqdirdə rəsmi Bakının hansı şərtləri olacaq?:

“Bu gün Qarabağı Azərbaycanın ərazisi kimi tanımayan qüvvələr sabah ilkin mərhələdə Qarabağ erməniləri ilə eyni sayda azərbaycanlıların Zəngəzura qayıdışı reallığı ilə üzləşəcəklər. İlkin mərhələdə 100 000 – nə yaxın soydaşımız Qərbi Azərbaycana köçürülür və onların təhlükəsizliyinə zəmanət verilir.

Belə, regionun gələcək siyasi xəritəsi bəllidir. Görək Qarabağdakı və Ermənistandakı ermənilər özlərinə hansı cığırı seçəcəklər”.