“22, 31 və 78 saylı seçki dairələrindən daxil olan şikayətlər Mərkəzi Seçki Komissiyası tərəfindən ciddi araşdırılacaq”.
Tribunainfo.az -ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib.
“Biz qarşıdakı günlərdə həmin şikayətlərin araşdırma nəticələrini MSK-nın iclasında müzakirəyə çıxaracağıq. Mübahisəli məsələlər varsa, MSK bununla bağlı qərar verəcək”, – deyə M.Pənahov bildirib.