Bu da bizim məhəllə… – Fotolar

Bu da bizim məhəllə… – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, iyunun 19-da Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirilib.

 Tribunainfo.az-ın məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə  dövlət başçısı Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak ediblər.

Tədbirdə çıxış edən Prezident İlham Əliyev bildirib ki, burada 90-dan çox bina inşa edilib, 1200 mənzildə bizim türkiyəli bacı-qardaşlarımız yaşayacaq. Məktəb, uşaq bağçası var, mədəniyyət mərkəzinin inşası da nəzərdə tutulur.

“Biz yaxşı günlərdə də, ağır günlərdə də daim bir-birimizin yanındayıq, bir-birimizin gücünü artırırıq. Bu gün Türkiyə-Azərbaycan qardaşlığı, birliyi nəinki bölgəmiz üçün, dünya miqyasında önəmli amildir, təhlükəsizlik, işbirliyi, inkişaf və qardaşlıq rəmzidir” – Azərbaycan Prezidenti qeyd edib.