“BU CÜR TERRAKTLAR HƏMİŞƏ OLACAQ”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Terrorun vətəni heç zaman olmur. Biz dəfələrə qeyd etmişik, müzakirələr aparmışıq ki, dünyada terrorçu təşkilatlarla terrozmi qlobal səviyyədə müzakirə etmək lazımdır”. 

“Terrorun vətəni heç zaman olmur. Biz dəfələrə qeyd etmişik, müzakirələr aparmışıq ki, dünyada terrorçu təşkilatlarla terrozmi qlobal səviyyədə müzakirə etmək lazımdır”.

Bu sözləri TİA.AZ-a İranda baş verən terror hadisələrini şərh edərkən politoloq Rufiz Qonaqov bildirib:

“Dünyada müxtəlif koalisiyalar, anti-terror təşkilatları, qurumları var ki,  Azərbaycan da onların üzvləridir. Lakin çox əfsuslar olsun ki, bu gün yetəri qədər həm Birləşmiş Millətlər Təşkilatı, həm beynəlxalq strukturların özü, böyük 7-lər, 8-lər, bütövlükdə bunların dövlət başçıları passivlik edirlər. Terror məsələsi bu gün nüvə təhlükəsindən də çox ciddi əhəmiyyət kəsb edən və böyük ciddi narahatlıq yaradan bir məsələdir. Məhz terrorizmlə mübarizə sahəsində bütün ölkələr, bütün səylər birləşməlidir və o baxımdan bu gün İran, dünən Türkiyə, sabah başqa bir müsəlman ölkəsi, o birisi gün Fransa, Almaniya,  İngiltərədə də terror hadisəsi baş verə bilər. ABŞ- da baş verən 11 sentyabr hadisəsi hamımız yadındadır. Bu baxımdan bu günkü hadisələr növbəti bir ölkəyə olan təcavüz, terror hadisəsidir. Heç bir ölkə bu terrorlardan sığortalanmayıb. Məhz bu baxımdan nə qədər ki, böyük dövlətlər və bütün dünya ölkələri bu məsələdə birləşməyiblər və ayrı- ayrı maraqlar güdüb, İŞİD terror təşkilatı kimi, ASALA erməni təşkilatı və kürd terror təşkilatını maliyyələşdirəcəklər, onları gizlin şəkildə idarə edəcəklər, belə hallar hər zaman olacaq. Bütövlükdə, bunların nə vaxt ki, kökü kəsiləcək, qarşısı alınacaq, o zaman bu terrorlar da olmayacaq”.


İlahə