Bu cür havalarda onlayn təhsil aparılmalıdır – Təhsil ekspertibackend

Bu cür havalarda onlayn təhsil aparılmalıdır – Təhsil eksperti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hava şəraitinə görə dərslərin təxirə salınması və ya alternativ təhsil üsullarına keçid müasir təhsil sistemlərinin çevikliyi baxımından vacib bir addımdır. Xüsusilə yağışlı və qarlı havalarda, şəhər daxilində hərəkətin ciddi şəkildə məhdudlaşdığı hallarda məktəblərə onlayn təhsilə keçmək üçün səlahiyyət verilməlidir. Bakıya iki gündür yağış yağır, artıq məktəblərdə davamiyyət aşağı düşüb, dərslər ləngiyir.

Tribunainfo.az xəbər verir ki, bu barədə danışan təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, bu gün Bakıda yağışlı hava səbəbindən davamiyyət çox aşağıdır, lakin dərslər ənənəvi şəkildə keçirilir, onlayn dərlərdən belə danışılmır:

“Halbuki, bəzi dağlıq ərazilərdə bu hava şəraiti adi haldır və orada hərəkət mümkündür.

Təhsil tədqiqatçısı Linda Darling-Hammond belə qeyd edir: “Çevik təhsil modelləri və texnologiya vasitəsilə tədris prosesinin fasiləsiz davam etməsi vacibdir. Gözlənilməz hadisələrdə ənənəvi dərs formatından çıxmaq, şagirdlərin təhsilini kəsmədən təmin etməyin ən effektiv yoludur.”

Finlandiya və Kanada kimi ölkələrdə hava şəraitinin pis olduğu günlərdə məktəblər onlayn dərslərə keçid edərək təhsilin davamlılığını təmin edirlər. Belə yanaşma, şagirdlərin dərs itirməməsi və eyni zamanda təhlükəsizliyin qorunması baxımından olduqca effektivdir.

Hazırda Bakıda yağışlı hava səbəbilə sanki “Dünyanı su basması” nağılı gerçəkliyə çevrilir, belə şəraitdə məktəblərə çevik qərar alma səlahiyyəti verilməli və alternativ təhsil modelləri tətbiq olunmalıdır. Bu, həm şagirdlərin, həm də müəllimlərin təhlükəsizliyini təmin edəcək və təhsilin keyfiyyətini qoruyacaq”.

Nigar