Bu çörək sexi sanitariya qaydalarına əməl etmir-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TİA.AZ-a çörək zavodlarından biri ilə bağlı şikayət ünvanlanıb. Şikayəti ünvanlayan Günel Məmmədli adlı istehlakçıdır. İstehlakçı “Maştağa” çörək sexinin sanitariya qaydalarına əməl etməməsindən narazıdır: “Salam. Şikayətim çörək zavodlarındandır. İctimailəşdirməyinizi istəyirəm. Yemək yeyərkən çörəyin içindən böcək ölüsü çıxdı. Görün nə yeyirik. Artıq ürək rahatlığıyla uşaqlarımızın əlinə çörək də verə bilməyəcəyik?! Maştağa çörəyindən çıxıb bu böcək. Xəstəliklər yediyimiz çörəkdən başlayır. Dövlət güclü nəzarətdə saxlamalıdır çörək sexlərini. İnsan yediyi çörəyi ürəklə yeyə bilmir daha. Allah çörəklə oyun oynayanları islah etsin!”

Qarşı tərəfi də dinləməyə hazırıq.

Vəsilə İbrahim

TİA.AZ