Birdəfəlik istifadə üçün uyğun olan paket çaylar ölüm mənbəyidir. Bu xəstəliklər ölümcül xəstəliklərin yaranmasına səbəb olur.
Tribunainfo.az xəbər verir ki, Yalova Universiteti Tibb fakültəsi dekanı Vefik Arıca paket dəmləmə çaylarda plastiklərin olduğunu bildirib. O qeyd edib ki, tərkibində plastik olan çaylar insanlarda sonsuzluq problemi yaradır. Professor bildirib ki, bu çaylarda isti su ilə təmasdan sonra əmələ gələn epiklorohidrin vücuda yayılır və zamanla bağırsaqlarda, cilddə problemlər yaradır.
Professor bildirib ki, mümkün qədər bu çaylardan birdəfəlik imtina edilməsi məsləhətdir:
“Dəmləmə çay daha məsləhətlidir. Paket çayların hamısı zərərlidir və məsləhət deyil. Xüsusilə üçbucaq şəklində olan paket çaylarda plastikdən çox istifadə edildiyi məlumdur”.