Bu bürclərin hiss etdiyi hər şey gerçək olur

Bu bürclərin hiss etdiyi hər şey gerçək olur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Astrologiyada bəzi işarələr çox güclü intuisiyaya malikdir. Duyğularından istifadə edərək düzgün addımlar atan bu bürclərin empatiya qabiliyyəti də çox yüksəkdir. Həssaslıqları ilə ətrafdakı hər kəsə dəstək olmağı unutmurlar.

Tribunainfo.az NTV-yə istinadən güclü intuisiyaya malik bürclərin siyahısını təqdim edir.

1- XƏRÇƏNG

Xərçəng bürcləri astrologiyada ən emosional əlamətlər sırasındadır. Xərçəng bürcləri öz təbiətlərinə görə çox güclü intuisiya və hisslərə malikdirlər. Hər kəsin hisslərini dərhal anlaya bilirlər. Bu xüsusiyyətləri sayəsində qarşıdakı insanın əslində necə olduğunu dərhal anlayırlar. Xərçənglər yüksək intuitiv gücləri sayəsində insanların keyfiyyət və qabiliyyətlərini daha asan təhlil edirlər.

2- TƏRƏZİ

Tərəzilər balanslı yanaşmaları ilə ətraflarında baş verən hər şeyi dərhal hiss edirlər. Tərəzi bürcünü aldatmaq və ya fikrini yayındırmaq üçün heç bir yol yoxdur. Tərəzilər ümumiyyətlə insanlardan çox şübhələnirlər. Onlar pis bir şey hiss etdikdə heç vaxt o insanın yanında olmurlar.

Tərəzilər ətrafdakı şəraitdən o qədər xəbərdardırlar ki, bəzən detektiv rolunu da götürə bilirlər.

3- ƏQRƏB

Əqrəbləri aldatmaq demək olar ki, mümkün deyil. Əqrəblər həyatları boyu qarşılaşdıqları hər hadisəni sorğulayırlar. Onların ciddi inam problemləri var.
Əqrəblər qarşılaşdıqları hər kəsdən şübhələnirlər. Bu səbəbdən asanlıqla dostluq edə bilmirlər. Əqrəblər çox güclü intuisiyaya malik olduqları üçün tanış olduqları insanları daha asan təhlil edirlər.

4- BALIQLAR

Balıqlar intuitiv qabiliyyətləri ən güclü olan bürclərdəndir. Balıqlar insanların fikir və hisslərini dərhal hiss edirlər. Başlarına gələ biləcək hər yaxşı və ya pis vəziyyəti əvvəlcədən hiss etdikləri üçün ehtiyatlı davranırlar.

Balıqlar ətrafdakı insanları çox yaxşı tanıyırlar. Bu səbəbdən onlardan heç vaxt bir şey gizlətmək mümkün deyil.

5- ƏKİZLƏR

Əkizlər bürcündə çox güclü sosial cəhətlər var. Əkizlər dost qrupları ilə birlikdə olmağı və yeni insanlarla tanış olmağı sevirlər. Əkizlər bürcü insanları kitab kimi oxuya bilər. İnsanların xüsusiyyətlərini, hisslərini çox yaxşı təhlil edirlər.

Əkizlər bürcü insanları ətraflarında baş verən hər şeyi və heç kimin fərqinə varmadığı detalları diqqətlə izləyirlər. Hisslərindən istifadə edərək həyatını yönləndirməyə çalışır.

6- OXATAN

Oxatan bürcü həmişə yeni məlumatlar öyrənmək istəyir. Oxatan bürcündə olan bu öyrənmə aclığı da onların hisslərini çox inkişaf etdirməsinə kömək edir. Eşitdiklərini, bildiklərini hissləri ilə qarışdıran Oxatanları aldatmaq mümkün deyil.

Oxatanlar insanları qiymətləndirməkdə çox bacarıqlıdırlar. Təbiətcə çox sosial olsalar da, onların hər zaman kiminsə yanında olduqlarını heç vaxt görməyəcəksiniz. Çünki onların hissləri Oxatanları həmişə düzgün istiqamətləndirir.

Qoç, Buğa, Şir, Qız, Oğlaq və Dolça öz atmosferlərini ölçməklə nə baş verdiyini anlaya bilərlər, lakin altıncı hissi güclü deyil.

Dəniz