Ulduzlar hər gecə səssiz danışır. Onlar sadəcə tale yazmır, sevgiləri də planlaşdırır. Hər bürc sanki başqa bir bürcü gözləyir — illərlə, hətta ömürlərlə. Bəziləri ilk baxışda bir-birinə alışar, bəziləri isə illərlə ayrı yollarla gedib bir yerdə görüşər.
Tribunainfo.az bir-biri üçün yaradılmış bürcləri təqdim edir.
1. Qoç & Əqrəb – Alovla suyun harmoniyası
Onlar bir-birinə ilk baxışdan bəlkə də düşmən kimi görünər, amma bir az zaman keçər… və partlayış baş verər. Qoçun ehtirası, Əqrəbin dərinliyi — birlikdə film kimi bir sevgi yaradır.
2. Buğa & Qız – Sakitliyin içində fırtına
Onlar bir-birlərinə baxmadan anlayarlar. Hisslər çox dərin deyilmiş kimi görünər, amma içdən-içə bir-birlərinə tam uyğun olarlar. Bir yerdə yaşlanmaq üçün yaradılıblar.
3. Əkizlər & Dolça – Hava ilə havanın rəqsi
Deyərlər ki, bu sevgi “havalıdır” — düz deyərlər. Bu ikili hər gün bir-birlərini yenidən kəşf edər. Bir yerdə olmaq — sanki iki ulduzun kəsişməsi kimidir.
4. Xərçəng & Balıqlar – Duyğuların okeanı
Birlikdə olduqlarında dünya sükuta qərq olar. Gözləri danışar, susqunluqları şeir yazar. Hər toxunuş bir dua kimidir. Hər ayrılıq – kiçik bir fırtınadır.
5. Şir & Tərəzi – Parıltı və zəriflik
Bu sevgi vitrinə çıxarılacaq qədər gözəldir. Şir öz cazibəsi ilə, Tərəzi isə zərif təbiəti ilə bir-birlərini tamamlayar. Onlar bir-birinin güzgüsüdür.
6. Oğlaq & Oxatan – Sərhədləri pozan cütlük
Oxatan yola çıxar, Oğlaq xəritəni çəkər. Biri azadlığı, biri sabitliyi sevər, amma hər ikisi birlikdə möcüzə yaradar. Çətin başlayar, amma sonu çox güclü olar.
Dəniz Pənahova