Fevralın 28-i saat 04:44-də Balıqlar bürcündə 9 dərəcə Yeni ay yaşanacaq. Balıqlardakı Yeni Ay həssaslığı, intuisiyanı və mənəvi inkişafı vurğulayır.
Bu Yeni aydan ən çox təsirlənəcək bürclər dəyişkən bürclər olacaq (Əkizlər, Qız, Oxatan və Balıqlar). Bu bürclər altında doğulanlar şəxsi həyatlarında və münasibətlərində əhəmiyyətli dəyişikliklər yaşaya bilərlər. Bundan əlavə, Balıq bürcündə yüksələn və ya şəxsi planetləri olanlar da bu yeni ayın təsirini dərindən hiss edəcəklər. Bu Yeni ay həm də karmaların yaşanması, qeyri-müəyyən qalan hadisələrin aydınlıq tapması, münasibətlərin yeni etapa keçməsi ilə yadda qalacaq.
Bəs Yeni ay bürclərə nə vəd edir?
QOÇ: Taleyüklü, təəccübləndirici hadisələrlə qarşılaşa bilərsiniz. Gözləmədiyiniz insanlar sizə məsuliyyətli işlər yükləyə bilərlər. Bu günlərdə ittihamların, böhtanların, dedi-qoduların olduğu mühitlərdən uzaq olmaq ən yaxşısıdır. Əgər ruhunuzu sağaltmaq istəyirsinizsə, terapiya axtarmaq üçün ən yaxşı vaxt ola bilər. Müalicəyə başlaya bilərsiniz. İşgüzar səbəblərdən xaricə getməli ola bilərsiniz.
BUĞA: Sınaqlara məruz qalacağınız bir dövr yaşaya bilər və sosial çevrəniz, komandalarınız, təşkilatlarınız və dostluqlarınızla əməkdaşlıq etməli olacaqsınız. Əsl dostlar özünü göstərsə də, bəzi insanlarla aranızda soyuqluq yarana bilər. Köhnə dostlarla görüşə bilərsiniz. Gələcək planlarınıza daha çox vaxt ayıra bilərsiniz. Yeni biznes layihələri üçün hazırlıqlara başlaya bilərsiniz.
ƏKİZLƏR: Karyeranızda çətinliklərlə üzləşərək məsuliyyətlərinizi ciddi qəbul etməlisiniz. İdealist davransanız və pul qazanmaq ehtirası ilə deyil, bütövlükdə xidmət etmək məqsədi ilə hərəkət etsəniz, işinizdə irəli çəkilə bilərsiniz. Siz və valideynləriniz bir-birinizə tapşırıqlar verə bilərsiniz. Evlilik və ya şəxsi üstünlüklərə görə ayrı bir evə köçməyi də düşünə bilərsiniz. Münasibətlərdə konstruktiv olmağa və birlikdə güc yaratmağa təşviq olunursunuz.
XƏRÇƏNG: Müdriklik yolunda addım-addım irəliləyə bilərsiniz. Həyata dərin və həssas yanaşmanız ola bilər. İşinizdə peşəkar olmağa doğru irəliləyə bilərsiniz. Ciddi kommersiya investisiyaları və rəqəmsallaşma ilə bağlı yeni qərarlar verə bilərsiniz. Təhsil və iş məqsədi ilə xaricə getməyin də qapısı açıla bilər. Əgər mədəniyyət, inanc və fikir qarşıdurmalarının ortasında qalmısınızsa, hər kəslə empatiya qurmağı hədəfləyən bir yanaşma seçsəniz, sizin üçün faydalı ola bilər.
ŞİR: Maliyyə məsələlərinizi strukturlaşdıra bilərsiniz. Kreditlər, sığorta, miras və vergilər üzrə yeni bir başlanğıc edə bilərsiniz. Gecikmiş işləriniz açıla bilər. Əlavə iş və bonuslar vasitəsilə sürpriz şəkildə pul qazana bilərsiniz. Cərrahi əməliyyatlar da edə bilərsiniz. Uşaq sahibi olmağı da düşünə bilərsiniz. Ginekoloji xəstəliklərlə bağlı check-uplarınıza önəm verin. Dərin nəfəs məşqləri və meditativ çalışmalar edə bilərsiniz.
QIZ BÜRCÜ: Özünüzü başqasının yerinə qoyaraq hadisələrə fərqli prizmadan baxmağa cəhd edin. Münasibətlər və tərəfdaşlıqlarla bağlı olan məsuliyyətləri daha ciddi qəbul edə bilərsiniz. Sizi məhdudlaşdıran və sizə qarşı çıxan insanlar ortaya çıxa bilər. Ətrafınızda düşmənləriniz varsa, onlarla qarşılaşa bilərsiniz.
Bu Yeni ay ilə yerinizi və istiqamətinizi də dəyişməli ola bilərsiniz. Hər şəkildə rahatlıq zonanızdan çıxmağa hazır olun.
TƏRƏZİ: Qadın xəstəlikləri üçün müayinə oluna bilərsiniz. Hormonal problemlər, zəhərlənmə, ödem, göz və ayaq ağrılarından əziyyət çəkməyə meylli ola biləcəyiniz üçün fiziki sağlamlığınıza laqeyd yanaşmamalısınız. Yorğun olduğunuzu hiss edə bilərsiniz. Köhnə iş tərzinizi dəyişməli ola bilərsiniz. Enerjinizi bərpa etmək üçün vaxtaşırı dincəlmək yaxşı fikirdir. Həmkarlarınızla aranızda məsafə saxlamaq istəyə bilərsiniz.
ƏQRƏB: Diqqətinizi vaxt tələb edən yaradıcı layihələrə yönəldə bilərsiniz. Qış tətilinə çıxa bilərsiniz. Biznesə başlaya bilərsiniz, lakin bu, böyük risklər götürmək üçün doğru zaman olmaya bilər. Eşq həyatınızla bağlı imtahanlar, fədakarlıq etməli olduğunuz məsələlər yaşana bilər. Uzaq məsafəli münasibətdə yaşamalı ola bilərsiniz. Uşağınızın yeniyetməlik dövrü çətin keçə bilər və ya başqa bir uşaq dünyaya gətirməyi düşünə bilərsiniz.
OXATAN: Mülkiyyətə sərmayə qoymaq, köçmək və ailə məsələləri ilə şəxsən məşğul olmaq üçün əlverişli zamandır. Bir yuva qurmağı düşünə bilərsiniz. Evlilik planları qura bilərsiniz. Ailələriniz partnyorunuzla tanış ola bilər. Evinizdə təmir işləri ola bilər. Ofisinizi yeniləyə bilərsiniz. Evdən işləməyin təməlini qoya bilərsiniz.
Problemli tərəfdaşlıq və ya birliklərə son qoymaq qərarına gələ bilərsiniz.
OĞLAQ: Avtomobil kirayəsi, satış, sənədləşmə, təhsil, müqavilələr və kommersiya məsələləri ilə maraqlana bilərsiniz. Sosial media vasitəsilə biznesə başlaya bilərsiniz. Siz veb sayt yarada, yeni kanallar və proqramlar öyrənə və süni intellekti həyatınıza yönəldə bilərsiniz. Yaxın dostlarınız, qonşularınız və qardaşlarınızla bağlı təzyiq altında ola bilərsiniz. Ünsiyyətdə səs tonunuza fikir verməlisiniz. Əks halda səhv başa düşüləcəksiniz.
DOLÇA: Pul qazanma üsullarınıza və xərcləmə vərdişlərinizə dərindən nəzər salmalısınız. Gəliriniz olsa belə, bunun kifayət etmədiyini hiss edə bilərsiniz. Qıtlıq və yoxluğun fərqində ola bilərsiniz. Sevgini hiss etmək və başqalarına ötürməkdə maneələr ola bilər. Ciddi investisiyalar barədə düşünə bilərsiniz. Ev və ya maşın ala bilərsiniz. Xarici əlaqələr vasitəsilə pul qazana bilərsiniz. Riskli işlərdən qaçmaq lazım gələ bilər.
BALIQLAR: Həyatınızda yeni səhifə açıldığı üçün münasibətləriniz sınaqdan keçə bilər. Karmanın həm cəzaları, həm də mükafatları sizi tapa bilər. Münasibətlərdə sərhədlərinizi qoruyaraq ilk növbədə öz istəklərinizə diqqət etməlisiniz. Heç kimin sizi manipulyasiya etməsinə və ya sizi əhəmiyyətsiz hesab etməsinə icazə verməməlisiniz, əks halda öz hüquqlarınızı pozmuş olarsınız. Sağlamlığınızın qayğısına qalmaq üçün çox yaxşı bir prosesdir. Çəkinizi idarə edə və pəhriz saxlaya bilərsiniz.