BU BRENDLƏR DƏ RUSİYANI TƏRK ETDİ… 269 MAĞAZA BAĞLANDI…backend

BU BRENDLƏR DƏ RUSİYANI TƏRK ETDİ… 269 MAĞAZA BAĞLANDI…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyaca məşhur və ən böyük geyim, ayaqqabı satışı ilə məşğul olan İspaniyanın “İnditex” şəbəkəsi Rusiyada qalan digər mağazalarını bağlamaq qərarı verib.

Tribunainfo.az xəbər verir ki, beləliklə “İnditex”ə məxsus “Zara”, “Pull & Bear”, “Massimo Dutti”, “Bershka”, “Stradivarius”, “Oysho” brendlərinin indiyə qədər Rusiyada fəaliyyət göstərən 269 mağazası da bağlanır.

Xatırladaq ki, “İnditex” martın 5-də fəaliyyətini dayandırdıqdan sonra Rusiyada qalan 269 mağazanın bağlanacağını təsdiqləyib.

Qeyd edək ki, Rusiyanın Ukrayna ərazisinə hücumdan sonra dünyaca məşhur bütün geyim, ayaqqabı mağazaları, məşhur restoranlar Rusiya ərazisindəki fəaliyyətləri dayandıraraq oranı tərk ediblər.