Bu BOKT-un yarım milyondan çox borcu var

Bu BOKT-un yarım milyondan çox borcu var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bank Olmayan Kredit Təşkilatı “İnternational”” ASC-nin vergi borcu yarım milyon manatı ötüb.

Tribuna.az-ın xəbərinə görə, ASC-nin dövlətə olan borcu 553 785 AZN-dir.

Qurumun qanuni təmsilçisi Nicat Vaqif oğlu Həsənovdur.

Qeyd: İki ay öncə, mətbuatda yayılan məlumatlarda qeyd olunur ki, BOKT “İnternational” ASC 2025-ci ilin 1-ci yarısını (yanvar-iyun) 3 milyon 576 min manat xalis mənfəət ilə başa vurub. Kredit təşkilatı ötən ilin eyni dövrünü 3 milyon 281 manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, BOKT “İnternational”ın 6 aylıq xalis mənfəəti 295 min manat və ya 9% artıb. 2025-ci ilin yanvar-iyun dövründə BOKT “İnternational”ın faiz gəlirləri 2 milyon 24 min manat və ya 28,6% artaraq 30 iyun 2025-ci il tarixində 9 milyon 104 min manat olub. 2025-ci ilin ilk 6 ayında BOKT “İnternational”ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 4 milyon 597 min manat və ya 12% artaraq 30 iyun 2025-ci il tarixində 42 milyon 557 min manata çatıb. 2024-cü ilin sonunda BOKT-ın kredit portfeli 37 milyon 960 min manat təşkil etmişdi. “Bank Olmayan Kredit Təşkilatı “İnternational” Açıq Səhmdar Cəmiyyəti 10 milyon manatlıq istiqraz buraxır. Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazların hər birinin nominal dəyəri 100 manat, sayı 100 000 ədəddir. İstiqrazlar üzrə illik faiz dərəcəsi 18% təşkil edir. İstiqrazların tədüvül müddəti 36 aydır. İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 30 gündən bir ödəniləcəkdir. Sual yaranır: Sürətlə inkişaf edən, qazancını artıran, böyümək üçün 10 milyon manat cəlb edən, 10 milyon manatlıq istiqraz buraxan şirkət dövlətin borcunu niyə ödəmir? Ekspertlər vətəndaşları belə qurumlarla əməkdaşlıq edərkən ehtiyatlı olmağı tövsiyə edirlər.

Pravda.az-