Hələ qədim dövrlərdən insanlar itburnu bitkisini bir çox xəstəliklər zamanı dərman əvəzi kimi istifadə ediblər. İtburnu müxtəlif vitamin və mineralları ehtiva edir. Tərkibində C və E vitaminləri, fenoliklər, karotenoidlər, üzvi turşular və əsas yağ turşuları olan fitokimyəvi maddələr mənbəyidir.
Bədəni infeksiyalara və soyuqdəymələrə qarşı gücləndirməyə kömək edir. B vitamini ilə zəngin olduğu üçün enerji mübadiləsində, sinir sistemində, böyümə və inkişafda da təsirlidir.
İtburnunun faydalarını təqdim edir:
– İmmuniteti gücləndirir.
– Soyuqdəymə və öskürək üçün sakitləşdiricidir.
– İtburnu çayı artrit ağrısını aradan qaldırır.
– Dərinin sağlamlığını qoruyur.
– Həzmi yaxşılaşdırır.
– Qan təzyiqini balanslaşdırır.
-İltihabın qarşısını alır.
– Ürək sağlamlığını qoruyur.
– Böyrəklərdə və öd kisəsində daşların əmələ gəlmə riskini azaldır.