backend

BU BİTKİ DİABETİN DƏRMANIDIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəzən apteklərdə müxtəlif təbii vasitələrin, müalicəvi otların da satıldığının şahidi oluruq.  

Bəzən apteklərdə müxtəlif təbii vasitələrin, müalicəvi otların da satıldığının şahidi oluruq. 

Bəs, onlar hansı xəstəliklər zamanı köməyimizə gələ bilər? Bu barədə fitoterapevt Elnur Rəhimovdan ətraflı məlumat aldıq. Gənc həkim TİA.AZ-a müsahibəsində  müasir fitoterapiya, dərman bitkilərinin inanılmaz müalicəvi təsirlərindən danışdı. Həmin müsahibəni təqdim edirik:

– Müasir fitoterapiya özündə nələri ehtiva edir?

– Elmi təbabətin möhkəmlənməsinin qurulmasında xalq təbabətinin qazandığı empirik təcrübələrin nəticələri həlledici rol oynayır. Müasir fitoterapiya dərman bitkilərinin tədqiqində daha geniş şərait yaradıb. Onların tərkibi, təsiri və yan təsirlərini öyrənərək, tətbiq etməsi gözəl nəticələrə gətirib çıxarıb. Bəzən elə xroniki sağalmaz adlandırdığımız xəstəliklərə kömək etmək olur ki, bu həqiqətən də inanılmazdır. Məsələn, vərəmum haqqında onu qeyd edə bilərəm.

– Xəstəliklərin çoxusunun mənşəyi araşdılarkən insanın ruhi-psixi vəziyyətinin bədbin olması ilə əlaqədar olduğu iddia edilir. 

– İlkin olaraq diaqnozun dəqiq qoyulmasıdır, sonrakı silah dərman və dərman bitkisi və ya fizioterapevtik metodlar seçilir. İnsanlarda maraq daha çox bitkilərədir. Çünki zənn edirlər ki, heç bir yan təsiri yoxdur və bəzən bundan artıq da istifadə edirlər, bu isə məqsədəuyğun deyil. Xəstəliklər psixi və somatik (üzvü dəyişiklər, bədən) olur. Əksər vaxt ruhi sfera önəmli rol oynayır, amma xərçəng kimi üzvü dəyişikliklər yaradan xəstəliklər zamanı da ruhi sferanı yüksək və pozitiv notlarda saxlamaq lazımdır, bu demək olar ki, plasebo effekti verir. Sanki sənə təsir edər kimi. Bəzən özlərini xəstə hesab edənlər qrupu var, onlara bitki, dərman və s. əvəzinə kapsulun içərisinə şəkər tozu da qoyulub verilsə, belə qəbul edən kimi özlərini rahat hiss etdiklərini bildirirlər. Ruhi-psixi vəziyyətə təsir edən bitkilər çoxdur və əksəriyyəti toksiki olduğuna görə həkim nəzarəti altında qəbul edilməsi gərəklidir. Ruhi sferaya təsir göstərən bitkilərdən dazıotu, göyzaban (qavzaban) və lavandanı misal göstərmək olar.

–  Texnologiyadan istifadənin geniş vüsət aldığı bir dövrdə oturaq həyat tərzi  formalaşıb, insanlar idman və düzgün qidalanmağa əməl etmirlər.  Oturaq həyat tərzinin insanlara bəxş etdiyi xəstəliklər hansılardır və onları hansı bitkilərlə sağaltmaq mümkündür?

– Əsas rast gəlinən xəstəlik metabolik sindromdur: azhərəkətlilik, qarın çevrəsinin böyük olması alınan qidanın xərclənməməsi (xolesterol yüksəkliyi), çox yemək (insulin rezistentliyi), həddən artıq səmərəsiz qidalanma (postprandial hiperqlikemiya-şəkər). Az hərəkətli həyat tərzi də sistitin əmələ gəlməsinə şərait yaradır. Buna görə də işiniz oturaqdırsa, hər saatdan bir ayağa qalxıb 3-5 dəqiqə intensivləşdirmək olar. Bu qrupda rozmarin və zəncəfil bitkisi böyük rol oynayır.

– Geni dəyişmiş qidalar əsrimizin bəlasıdır. İnsanlar özlərini  necə qorusunlar

– Geni dəyişmiş istənilən məhsul təhlükəlidir. Ona görə də şiş xəstəlikləri daha çox artıb. Əsasən ekoloji təmiz hava, su, qida önəmlidir. Yanaşı olaraq çörəkotu toxumu, udil hindi və s. bitkilər profilaktika məqsədilə istifadə edilə bilər.

– Məşhur buğda cücərtisi hansı məqsədlərlə istifadə edilməlidir? 

– Buğda cücərtisinin faydaları çoxdur. E vitamini, B vitaminləri qrupu ilə zəngindir. Bu vitaminlər bizim sinir və mədə-bağırsaq sistemimiz üçün çox vacibdir. Cücərdilmiş buğdanın tərkibində olan fol turşusu orqanizmin qan yaradan funksiyası üçün çox vacibdir. Həmçinin fol turşusu hamilə qadınların əsas vitamini sayılır. Sink insanın immun sisteminə çox müsbət təsir edir, dərini qocalmaqdan saxlayır. Bu xüsusilə qadınlar üçün vacibdir. Kosmetik sənaye tərkibində cücərdilmiş buğda olan çoxsaylı kremlər və maskalar istehsal edir.
Sink həmçinin insanın cinsiyyət sisteminə də çox müsbət təsir edir. Sink spermatozoidlərin hərəkətliliyini artırır. Sonsuzluqdan əziyyət çəkən kişilər bu təbii müalicəvi vasitədən istifadə edə bilərlər. Praktikamda istifadə etdiyim Buğda Rüşeymli Məcun hazırlayıram bu idmançı yeməyi adlanır.

 – Stressin bitkiylə müalicəsi mümkündürmü?

– Stressdən qorunmaq stres yaradacaq faktorlardan yan qaçmaqla mümkündür. Nisbiləşdirən müalicədə damotu, lavanda, dazıotu kimi bitkilərdən istifadə edilir.

– Xoşbəxtlik hormonu olan serotonin səviyyəsini necə qaldıraq?

– Əhval-ruhiyyəni fərdi olaraq hər kəs özü gücü daxilində artıra bilər. Bitkilərdən küncüt toxumu, kofe, süd məhsulları (yoqurt), səməni halvası (buğda cücərtisindən istifadə edilir) və bir çox məcunlar maksimum gərginliyi azaldır. Hər səhərə aktiv başlamaq lazımdır ki,  serotonin də ona uyğun ifraz olunsun.

– Parazitlərə bitkilərin təsiri nə qədər effektlidir?

– Lyambliyanın törətdiyi lyamblioz kimi parazitar xəstəlik xroniki dövrü qanda yoxlanaraq, əksər problemləri onun boynuna yıxırlar, bu yanlışdır. Kifayət qədər ciddi fəsadlar törədən bu kimi parazitlər doğru aşkarlanmalı və klinik əlamətlərlə üst-üstə düşməlidir. Bitkilərdən dağ tərxunu, acı yovşan, erkək qıjı, çörək otu toxumu və s. istifadə edilir.  

– “Mal dili”  barədə nə deyə bilərsiz?

– Bu meyvə bizdə mal dili, türkcə “kaynana dili” adlanır. Faydası sonsuzdu. Enerji verir, afrodizyakdır, şəkərin miqdarını aşağı salır,stres əleyhinə təsiri var, kalsiumla zəngindir, toxluq yaradır. Becərilməsi rahatdı, bu meyvə Murtuza Muxtarov adına Dendrari parkında yetişir. 

– İmmunitet dedikdə ağlımıza ilk gələn təbii vasitə hansıdır?

– Exinasiyadır. Məhz bu bitki 240-dan çox preparatın, o cümlədən QİÇS əleyhinə olan preparatların tərkibinə daxildir.

– Zehni yorğunluğun artması,uşaqlarda diqqət dağınıqlığı, dərsə konsantrə ola bilməmə bu kimi məsələlərdə hansı bitkilər köməyə çata bilər? 

– Əgər hər hansı patoloji xəstəlik yoxdursa nizamlayıcı tədbirlərlə normallaşan problemdir. Belə hallarda damotu və melissa istifadə etmək məsləhətdir.

– Öskürəyin dərmanı keçibuynuzunu ölkəmizdə yetişdirmək mümkündürmü?

– Ekoloqlar daha yaxşı bilər, bildiyim qədər tutması mümkün olmayıb, həm çox gec meyvə verdiyinə görə o qədər can atılmır bu işə. Digər bitkilər mümkündür və bizim iqlim qurşağı bunun üçün əlverişlidir. Bu meyvəni fitoklublardan tapmaq mümkündür.

– Ərküdə haqqında tez-tez eşidirik. Nədir bu ərkudə?

– Ərküdə – qadın otu haqqında o qədər gözəl məlumatlarım və bunun sayəsində kömək edəcəyimiz xəstələr var ki, bu bitki haqqında yazmaq çox azdır. Qadınlar üçün hormon və adət nizamlayıcı bir bitkidir.

 Müsahibənin sonunda isə Elnur Rəhimov bildirdi ki, adı şirin, özü acı olan- şəkərli diabetin müalicəsində çəpişotu adlı bitkidən istifadə etmək lazımdır.

Nilufər