BU BİTKİ ÇAYINDAN HƏR GÜN BİR STƏKAN İÇSƏNİZ XƏSTƏLİKLƏRDƏN XİLAS OLARSINIZbackend

BU BİTKİ ÇAYINDAN HƏR GÜN BİR STƏKAN İÇSƏNİZ XƏSTƏLİKLƏRDƏN XİLAS OLARSINIZ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keçmişdə çox istifadə edilən, lakin bu gün unudulan faydalı qidalardan biri də itburnudur.

Tribunainfo.az itburnu çayının faydalarını təqdim edir.

1. İtburnu çayı insan sağlamlığı üçün çox faydalıdır. İtburnu çayını mütəmadi olaraq istehlak edən fərdlər qrip və soyuqdəymə kimi mövsümi xəstəliklərdən qorunur.

2. Qan şəkərini tənzimləyir: İtburnu insulinə həssaslığı artıran bir qidadır. Xüsusilə 2-ci tip diabetə qarşı qoruma təmin edir. İtburnu həmçinin diabet xəstələrində qan şəkərini tənzimləməyə və onu normal vəziyyətə gətirməyə kömək edir.

3. Ürək-damar sağlamlığını qoruyur: Tərkibindəki yüksək antioksidant sayəsində itburnu ürək damarlarında tıxanmaların qarşısını alır. Beləliklə, gələcəkdə qarşılaşa biləcəyiniz ürək-damar xəstəliklərindən özünüzü qorumuş olacaqsınız. Eyni zamanda tərkibindəki C vitamini sayəsində damarları qoruyur.

4. iltihab əleyhinədir və ağrıkəsicidir: İtburnu təbii ağrı kəsici və iltihab əleyhinə faydalı bitkidir. Bədəni zərərli formasiyalardan təmizləyən itburnu, sağalma prosesini sürətləndirir və infeksiyaya səbəb olan iltihabların aradan qaldırılmasını təmin edir. İtburnu bakteriyaların yaratdığı xəstəliklərə qarşı da qoruyucu təsir göstərir.

5. Dərini cavanlaşdırır: Tərkibindəki C vitamini dəyərləri sayəsində itburnu dərini cavan saxlayır. Sızanaq əleyhinədir və kollagenin artmasına da dəstək verir.

6. Təbii öskürək kəsici: İtburnu çayı tərkibindəki antioksidant və C vitamini dəyərləri sayəsində bütün yuxarı tənəffüs yolları xəstəliklərində istifadə edilə bilən təbii infeksiya təmizliyi təmin edir. Eyni zamanda, itburnu çayı tənəffüs yolları xəstəliklərində boğazı təmizləyir və öskürəyi kəsir.