Bu baş versə, evlərin qiyməti aşağı düşəcək – Əmlak eksperti

Bu baş versə, evlərin qiyməti aşağı düşəcək – Əmlak eksperti

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daşınmaz əmlak sahəsində ən böyük problemlərdən biri də çıxarışlarda binaların, qeyri-yaşayış obyektlərinin və yaxud fərdi yaşayış evlərinin tikilmə tarixinin qeyd edilməməsidir. Hər hansısa bir istehsal məhsullarında o məhsulun istehsal tarixi və bəzilərində isə keyfiyyətinin bitmə tarixi qeyd olunur.

Tribunainfo.az xəbər verir ki, bu barədə danışan əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, əgər çıxarışlarda əmlakın inşa olunduğu və istismar müddətinin bitmə tarixi qeyd olunarsa, bu, mənzillərin qiymətini də aşağı salacaq:

“Nəinki süni formada artan qiymətləri endirər, hətta əmlak bazarında daşınmaz əmlakların satış qiymətlərinin çox ciddi bir formada tənzimlənməsinə də gətirib çıxarar.

Zaman gələcək bu təklif icra olunacaq. Bu təklif reallaşarsa, hər kəs əmlak sahibi ola bilər”.

Nigar İxtiyarqızı