Bu bankların gəlirləri AZALIB: Onlar niyə müştəri itiriblər? – SİYAHI

Bu bankların gəlirləri AZALIB: Onlar niyə müştəri itiriblər? – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda fəaliyyət göstərən banklar 2023-cü il üçün maliyyə hesabatlarını açıqlamaqdadır. Bu günə kimi banklardan 20-si artıq maliyyə hesabatını açıqlayıb. Lakin onların arasında 2022-ci illə müqayisədə 2023-cü ildə geriləyən banklar var. Bu da həmin bankların etimadı itirməkdə olduğunu gözlər önünə sərir.
Tribunainfo.az yazır ki, “AFB Bank” onlardan biridir. “AFB Bank” ötən il 7 652, 2022-də isə 10 884 mənfəət götürüb. “Express Bank” əvvəlki dövrlə müqayisədə az gəlir götürüb – 12 015. Hərçənd 2022-ci ildə 12 409 olmuşdu.
“Bank VTB” də bu siyahıdadır. 2023-cü ildə 10 608, daha əvvəlki il isə 11 904 olub. “Bank of Baku” da xalis mənfəət az götürüb. Ötənil 25 459, 2022-ci ildə isə 36 866 olub.