Azərbaycanın bank sektoru çoxdan məhkəmələrə ayaq açıb. İllərdir ki, banklar müştərilərini məhkəmə yolu ilə çarmıxa çəkirlər. Buna da səbəb əvvəlcədən bankların müştəri ilə şirin dillə, yağlı vədlə özünə cəlb edib kredit ayırması, müxtəlif vəsaitlər verməsi, daha sonra ödənişlər gecikdiriləndə onları məhkəmə qapılarında süründürməsidir. Amma heç bir bank dəqiqləşdirmir ki, kredit verdiyi müştərinin aylıq gəlirləri onu ödəməyə yetərlidirmi? Elə ucdantutma gözünü yumub, ağzını açıb hamıya kredit paylamağın nəticəsi belə olur. Və illərdir ki, Mərkəzi Bank yaranmış bu eybəcər vəziyyəti, problemli kreditlər məsələsini banklarla müzakirə etmir. Nəticədə hər ay ayrı-ayrı məhkəmə zallarında əksər bankların vətəndaşlarla çəkişməsi olur. Əslində Mərkəzi Bank bu mövzuya fundamental yanaşmalı, konsepsiya olmalı, banklar qarşısında bəzi öhdəliklər qoymalıdır. Eyni zamanda, banklar da kredit ayırarkən əhalinin müxtəlif təbəqələri, həssas qrupları olduğunu nəzərə almalıdır. Bunların heç biri nəzərə alınmır, Mərkəzi Bankla həmin banklar arasında heç bir fikir mübadiləsi, konsalidasiya aparılmır, ona görə də demək olar ki, hər ay bu mənzərə meydana çıxır. Bu baxımdan sentyabr da fərqlənmir və ayın 1-dən ta son gününə qədər banklarla vətəndaşların məhkəmə qarşıdurmaları var.
Tribunainfo.az bu ay hansı bankın nə qədər məhkəmə işi olduğunu araşdırıb və ortaya bu siyahı çıxıb. Buyurun, tanış olun:
“UNİBANK” 472 məhkəmə
“KAPİTAL BANK” 343 məhkəmə
“ACCESSBANK” 171 məhkəmə
“YELO BANK” 161 məhkəmə
“BANK OF BAKU” 155 məhkəmə
“AZƏRBAYCAN BEYNƏLXALQ BANKI” 133 məhkəmə
“BANK RESPUBLİKA” 103 məhkəmə
“EXPRESSBANK” 88 məhkəə
BANK VTB (AZƏRBAYCAN) 68 məhkəmə
“AZƏR-TÜRK BANK” 64 məhkəmə
“NAXÇIVANBANK” 60 məhkəmə
“PAŞA BANK” 60 məhkəmə
“RABİTƏBANK” 59 məhkəmə
BANK “BTB” 49 məhkəmə
“MUĞANBANK” 37 məhkəmə
MELLİ İRAN BANKI BAKI FİLİALI 27 məhkəmə
“YAPI KREDİ BANK AZƏRBAYCAN” 25 məhkəmə
“XALQ BANK” 22 məhkəmə“AFB BANK” 8 məhkəmə
“BANK AVRASİYA” 5 məhkəmə
“PREMİUM BANK” 4 məhkəmə
“ZİRAAT BANK AZƏRBAYCAN” 4 məhkəmə
“AZƏRBAYCAN SƏNAYE BANKI” 3 məhkəmə