Sinqapurun ən böyük banklarından biri olan DBS, qarşıdakı 3 il ərzində müxtəlif vəzifələrdə çalışan təxminən 4000 müqaviləli işçini işdən çıxarmağı və bu rollarda süni intellektdən istifadə etməyi planlaşdırdığını açıqlayıb.
Tribunainfo.az Haberler-ə istinadən bildirir ki, DBS Bankın İdarə Heyətinin sədri Piyuş Qupta Hindistanın Mumbay şəhərində keçirilən konfransda süni intellektin bank sektoruna təsiri ilə bağlı qiymətləndirmələr edib.
Süni intellektin insanların gördüyü işlərin daha çoxunu ələ almasını gözlədiyini ifadə edən Gupta, “Mənim hazırkı təxminlərim budur ki, önümüzdəki üç il ərzində işçi qüvvəmizi təxminən 4000 nəfər və ya 10 faiz azaldacağıq”, – ifadəsini işlədib.
Dəniz