“Yalnız oktyabr ayının ilk ongünlüyündə Azərbaycan Prezidenti İlham Əliyev üç müxtəlif coğrafiyada və formatda keçirilən üç fərqli sammitdə iştirak edib”.
Tribunainfo.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkə hesabında yazıb.
“1-2 oktyabr – Avropa Siyasi Birliyinin sammiti, Kopenhagen. Aİ və digər tərəfdaşlarla görüşlər və müzakirələr; 6-7 oktyabr – Qəbələdə Türk Dövlətləri Təşkilatının sammiti. Türk dünyasının həmrəyliyi və birliyi; 9-10 oktyabr – Düşənbədə MDB Sammiti”, – deyə Hikmət Hacıyev vurğulayıb.
O qeyd edib ki, Prezident İlham Əliyevin 10 gün ərzində üç sammitdə iştirakı Azərbaycanın çoxşaxəli və çoxregional xarici siyasətinin təzahürüdür”.