2022/23 mövsümündə premyer-liqada sonuncu olan “Şamaxı”da maliyyə problemləri həll olunmayıb.
“Football-plus.az” xəbər verir ki, “şirlər” komandadan ayrılan və ya icarəyə göndərilən oyunçuların maaşlarını ödəməyib. Cari “futbol ili”ndən 1-ci liqada çıxış edəcək klub 11 futbolçuya borcludu. Bu məğlub ümumilikdə 30100 manat edir. Ötən mövsüm dövlət 3 milyon manat maliyyə dəstəyi alan “Şamaxı”nın oyunçulara nə üçün ödəniş etmədiyi maraq doğurur. “Şirlər”in borclu olduğu futbolçuların siyahısını təqdim edirik:
Rəhman Daşdəmirov – 2500 AZN (Hazırda “Sabah”da çıxış edir)
Cəlal Hüseynov – 4000 AZN (Hazırda Bolqarıstanda “Arda”da çıxış edir)
Elvin Məmmədov – 4500 AZN (Karyerasını bitirib)
Fuad Bayramov – 2000 AZN (Hazırda “Zirə”də çıxış edir)
Elçin Mustafayev – 2000 AZN (Hazırda “Araz-Naxçıvan”da çıxış edir)
Bahadur Həziyev – 2000 AZN (Hazırda “Səbail”də çıxış edir)
Nihad Quliyev – 1200 AZN (Hazırda “Qarabağ”da çıxış edir)
Kamal Mirzəyev – 2500 AZN (Hazırda klubsuzdu)
Rəşad Əzizli – 3000 AZN (Hazırda “Qəbələ”də çıxış edir)
Amil Yunanov – 4900 AZN (Hazırda “Səbail”də çıxış edir)
Asim Əlizadə – 1500 AZN (hazırda klubsuzdu).
Məsələ ilə bağlı “Şamaxı” rəhbərliyinin fikirlərini öyrənməyə hazırıq.