“Bu Azərbaycan-İsrail münasibətlərin ruhuna ziddir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyulun 30-da İsrailin “Haaretz” qəzeti Azərbaycanla bağlı yalan və böhtandan ibarət növbəti yazı dərc edib. 

İyulun 30-da İsrailin “Haaretz” qəzeti Azərbaycanla bağlı yalan və böhtandan ibarət növbəti yazı dərc edib.

TİA.AZ xəbər verir ki, Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov AZƏRTAC-a bu yazı ilə bağlı münasibət bildirib. Prezidentin köməkçisi deyib:

-Təəssüf ki, məsuliyyət hissindən məhrum bəzi mətbuat orqanlarının təmsilçiləri vaxtaşırı yalan və böhtan xarakterli məlumatları yaymağı özlərinə peşə hesab edirlər.

İndiyə qədər İsrailin “Haaretz” qəzetində dəfələrlə Azərbaycan dövləti, onun xarici və daxili siyasəti ilə bağlı bəzi yalan məlumatlar dərc olunub. Lakin növbəti yalan və böhtan birbaşa Prezidentin ailəsinə qarşı yönəldiyindən ona münasibət bildirməyə ehtiyac var.

Belə ki, iyul ayının 30-da İsrailin “Haaretz” qəzetində Prezidentin ailəsi barədə bütövlükdə yalan məlumat, kiçik olsa da məkrli yazı dərc olunmuşdur. Əsas narahatlıq doğuran məqam isə bu məlumatda İsrailin turizm naziri Yarev Levinə istinad edilməsidir.

Yazıda göstərilir ki, guya son bir neçə ay ərzində Prezidentin ailəsi İsraildə əmlak almaqla, bu ölkəyə vəsait qoymaqla məşğul olub. Eyni zamanda, guya Prezidentin kiçik oğlu (fikir verin) bu aylarda İsraildə olub. Amma həqiqət budur ki, Prezidentin oğlu yalnız göstərilən aylarda yox, ümumiyyətlə İsrailə səfər etməyib.

Bu informasiyalar yalan və böhtandan başqa bir şey deyil və onların reallıqla heç bir əlaqəsi yoxdur. İsrail mətbuatında belə yazıların dərci təəssüf doğurur və eyni zamanda, ölkələrimiz arasındakı münasibətlərin ruhuna da ziddir.

“Haaretz” qəzetinin jurnalisti məkrli niyyətini həyata keçirmək üçün İsrailin turizm naziri Yarev Levinə istinad edir. Hesab edirəm ki, yalan və böhtan məlumatla bağlı İsrail səfirliyi özünün və nazir Yarev Levinin mövqeyini bildirməlidir.