Bu aylarda doğulan insanlar 100 yaşa çatır

Bu aylarda doğulan insanlar 100 yaşa çatır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uzun yaşamağın sirri yemək və ya idman deyil. Araşdırmaya görə, nə qədər yaşayacağımızı doğulduğumuz ay müəyyən edir.

Müəyyən aylarda doğulan insanlar daha uzun yaşayır. Məlum olub ki, insanın ömrünə mövsümi şərtlər, eləcə də ekoloji və genetik faktorlar təsir edir.

Uzun müddətdir aparılan araşdırmalara görə, oktyabr və noyabr aylarında doğulanların digər aylara nisbətən daha uzun yaşadığı üzə çıxıb.

 

Çünki hamiləlik zamanı ananın məruz qaldığı günəş işığı və ətraf mühit faktorları buna təsir edə bilər. Bildirilib ki, oktyabr və noyabr aylarında doğulanlar infeksiyalara qarşı davamlıdır, immun sistemi güclüdür.

 

Bu insanların xroniki xəstəliklərə tutulma riski də azdır.